drzeka zeka kartları

'Apple' artırılmış və virtual reallıq startapını aldı

22.11.2017 0 PAYLAŞIM 178 OXUNMA

“Apple” özünün AR (Artırılmış Reallıq) cihazı üzərində çalışmaları üçün “Vrvana” şirkətinin komandasını işə götürüb.

Bu barədə Techcrunch saytı xəbər verib. Applebu şirkəti 30 milyon dollara alıb. Hər iki şirkətin təmsilçiləri bu barədə rəy bildirməkdən imtina ediblər. Bununla belə “Vrvana” şirkətinin bir sıra əməkdaşları artıq Monrealdan “Apple”ın Kaliforniyadakı ofisinə köçüblər. “Vrvana” 2005-ci ildə təsis edilib və Totem adlı AR/VR cihazın üzərində çalışıb. Bu cihaz özündə artırılmış və virtual reallıq eynəklərini birləşdirən hibrid cihazdır. O, istifadəçi başının hərəkətlərini və virtual əşyalarla qarşılıqlı əlaqədə olmaq üçün əl hərəkətlərini təyin edə bilir.


Bundan əlavə olaraq Totem 6DoF adlı təyin etmə sistemindən də istifadə edir. Bu sistem sayəsində cihaz real zaman ərzində təchiz olunmuş kameralar sayəsində fotolar çəkə və həmin fotoları cihaza yerləşdirilmiş OLED ekrana ötürə bilir. “Vrvana”nın alınması bir daha sübut edir ki, “Apple” özünün AR cihazını hazırlamaqla məşğuldur. Əgər sonuncu şaiyələrə inansaq, şirkət smartfona və kompüterə qoşulmadan çalışacaq unikal cihaz hazırlamaqla məşğuldur. Cihaz xüsusi olaraq onun üçün nəzərdə tutulmuş prosessor, ekran və rOS adlı yeni əməliyyat sisteminə sahib olacaq.




<