main-post-cover

    Apple bu il smartfon satışları mövzusunda Samsung-u geridə qoya bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.08.2023
    Emil Nəcəfov
        Hələ avqust ayının olmasına baxmayaraq Counterpoint Research şirkətinin analitikləri 2023-cü ilin yekunları üzrə proqnozlarını təqdim ediblər. Beləliklə şirkətin analitiklərinin proqnozlarına əsasən bu il smartfonların qlobal satışları 6% azalaraq 1.15 milyard satılmış cihaz təşkil edəcək. Bu isə son 10 ilin ən pis göstəricisi ola bilər. Smartfonların ümumi satışlarının aşağı düşməsinə baxmayaraq premium seqment hələ də öz güclü mövqelərini qoruyub saxlaya bilir. Buna görə də Apple şirkəti bu il smartfon satışları mövzusunda Samsung-u geridə qoyaraq smartfonlar bazarının liderinə çevrilə bilər.
        Qeyd etmək lazımdır ki, uzun illər ərzində smartfonların satışları mövzusunda Samsung lider şirkət olaraq qalıb və Apple bu məsələdə ikinci yeri tutub. Lakin bu il vəziyyət dəyişə bilər. Analitiklərin fikirlərinə əsasən Apple bu il iPhone 15 smartfonlarının satışlarını gecikdirməsə, yeni smartfonlar satış baxımından uğurlu olsalar və şirkət Hindistan kimi yeni bazarlarda öz payını genişləndirsə o bu bazarın liderinə çevrilə bilər. Bu proqnozun reallığa çevrilib-çevrilmədiyini yalnız gələn il müəyyən etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər