Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni təfərrüatları

Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni təfərrüatları

Startup və Biznes
22.10.2020 PAYLAŞIM

    20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazirlik şirkəti monopoliyada günahlandırır. İndi isə bu məsələ ilə bağlı yeni məlumatlar verilib. Hal hazırda ABŞ-ın Ədliyyə Nazirliyi Google ilə Apple arasında olan razılaşmanı araşdırır. Qeyd etmək lazımdır ki, həmin razılaşmaya əsasən Google axtarış sistemi iPhone smartfonlarında standart axtarış sistemi kimi təqdim olunur. Məlumata əsasən bu razılaşmanın müzakirə olunması üçün Apple CEO-su Tim Cook 2018-ci ildə Google CEO-su Sundar Pichai ilə görüşüb.

    Bu görüşdən sonra kimliyi bilinməyən Apple əməkdaşı Google-dan olan həmkarına bunları yazıb: “Bizim baxışımız bizim bir şirkət kimi fəaliyyət göstərməkdən ibarətdir”. Ədliyyə Nazirliyi tərəfindən Google şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd olunub ki, 2019-cu ildə Google axtarış sisteminin trafikinin 50%-i məhz Apple smartfonlarının payışa düşüb. Analitiklərin hesablamalarına əsasən Google hər il Apple şirkətinə milyardlarla dollar vəsait ödəyir ki, onun axtarış sistemi iPhone modellərində standart tətbiq kimi təqdim olunsun.


    iPhone və digər cihazların istifadəçiləri öz istəklərinə uyğun olaraq standart axtarış sistemi kimi başqa servisi seçməkdə azaddırlar. Lakin Ədliyyə Nazirliyinin fikrincə çox az adam bunu etdiyinə görə Google eksklüziv axtarış sisteminə çevrilir. Ədliyyə Nazirliyinin öz məlumatlarına əsasən bunun üçün Google hər il Apple şirkətinə 8-12 milyard dollar vəsait ödəyir. Bütün bu məlumatlar Google şirkətinin öz rəqiblərinin imkanlarını blokladığı ittihamlarını təsdiqləyə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın Salesforce şirkəti 27.7 milyard dollara Slack korporativ messencerini alı..

ABŞ-dan olan proqram təminatı yaradıcısı Salesforce şirkəti Slack korporativ messencerinin 27.7 mily..


Apple şirkəti iPhone istifadəçilərini aldatmaqda günahlandırılaraq külli miqdard..

iPhone 7-dən başlayaraq Apple şirkəti öz smatfonlarını suya qarşı dözümlü edir. Beləliklə şirkət öz ..


Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə döv..

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlan..


Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıq..

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq ü..


ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırla..

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qal..


Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən a..

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə..

×