Apple iPhone qutularından qulaqlıqlar ilə şarj adapterlərini çıxartmaqla nə qədər gəlir əldə edib?

Apple iPhone qutularından qulaqlıqlar ilə şarj adapterlərini çıxartmaqla nə qədər gəlir əldə edib?

Startup və Biznes
15.03.2022 PAYLAŞIM

    2020-ci ildən başlayaraq Apple şirkəti iPhone smartfonlarının qutularına artıq EarPods qulaqlıqlarını yerləşdirmir. Bu cür qərardan bir müddət sonra isə şirkət smartfonların qutularını həmçinin şarj adapterlərindən də məhrum etdi. Hal hazırda bu və ya digər iPhone modelinin qutusunda smartfonun özündən əlavə olaraq sadəcə şarj naqili mövcuddur. Apple şirkəti bu cür addımı ətraf mühitin qorunması səbəbilə atdığını bildirmişdi. Lakin digərləri bunun səbəbini başqa faktorda görürlər. Belə ki, qulaqlıqların və şarj adapterlərinin qutulardan yığışdırılması iPhone modellərinin yekun qiymətlərinə təsir etmədi. Bu isə o deməkdir ki, şirkət bu cür qərarın nəticəsi olaraq əlavə gəlir əldə edir.

    2 il bundan öncə Apple bildirmişdi ki, iPhone qutularını qulaqlıqlardan və şarj adapterlərindən məhrum etməklə o, il ərzində olan karbon tullantılarını 2 ton aşağı salacaq. Ekoloqlar bu cür addımı müsbət qarşılamışdılar. Lakin sözügedən qərara qarşı çıxmış insanlar da var idi. Həmin şəxslərin hesablamalarına əsasən qutuları qulaqlıqlardan və şarj adapterlərindən məhrum etməklə Apple ümumilikdə 6.5 milyard dollar əlavə gəlir əldə edib. Güman olunur ki, Apple həmçinin iPhone modellərinin yekun qiymətlərini də aşağı sala bilərdi. Belə ki, smartfonların qutuları artıq daha kompakt ölçülərə sahibdir və nəticədə onların daşınmalarına sərf edilən xərclər də aşağı düşür.


    Məlumata əsasən qutulardan qulaqlıqlar ilə şarj adapterlərinin çıxarılmasından sonra Apple bütün dünya üzrə 190 milyon ədəd smartfon sata bilib. Qutulardan çıxarılmış əlavə aksesuarlar isə hər satılmış iPhone modeli üzərindən 34$ qənaətin edilməsi imkanını verib. Bundan əlavə olaraq qulaqlıqların və şarj adapterlərinin ayrıca satışlarından şirkət ümumilikdə 293 milyon dollar gəlir əldə edib. Təbii ki, bu hesablamalarda komponentlərin qiymətlərində son illər ərzində müşahidə edilən artımlar nəzərə alınmayıb. Lakin buna baxmayaraq şirkət iPhone modellərinin yekun qiymətlərini aşağı salmadan öz xərclərini azalda bilib.



DAHA ÇOX


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...


Shutterstock şirkəti Giphy servisini Meta-dan alacaq

Shutterstock şirkəti Giphy servisinin 53 milyon dollara əldə edilməsi üçün Meta şirkəti ilə razılığa..

×