Apple şirkəti 200 milyon dollara daha bir startapı aldı

19.05.2017 0 PAYLAŞIM 1055 OXUNMA

“Apple” şirkəti 200 milyon dollara Lattice Data adlı süni zəka startapını aldı.

Müqavilənin maliyyə tərəfi haqqında heç bir məlumat olmasa da güvənli mənbənin sözlərinə əsasən “Apple” sözühedən startapı əldə etmək üçün 200 milyon dollar vəsait xərcləyib. Müqavilə bir neçə həftə bundan öncə bağlanıb. Bundan əlavə olaraq məlumata əsasən startapda çalışmış 20-ə yaxın developer artıq “Apple” şirkətində işə başlayıb. Sözügedən məsələ ilə bağlı şirkətdən rəsmi məlumatın verilməsinə dair xahişlərə “Apple” özünə xas bir tərzdə cavab verib. “Şirkət vaxt aşırı böyük olmayan texnoloji startapları alır və bir qayda olaraq öz məqsəd və planlarını müzakirə etmir” – deyə şirkət rəsmiləri qeyd ediblər. Bir sıra məlumatlara əsasən şirkət tərəfindən bu startapın alınmasında məqsəd, gələcəkdə sözügedən startapın hazırladığı texnologiya vasitəsilə Siri səsli köməkçisinin təkmilləşdirilməsidir. Lattice Data startapı 2015-ci ildə Stenford Universitetinin 4 nəfər tədqiqatçısı tərəfindən təsis edilib. Bir neçə müddət öncə isə startap, “GV”, “Madrona” və “InQTel” şirkətlərindən ümumilikdə 20 milyon dollar investisiya cəlb etmişdi. Startap əsasən dark data analizi sahəsində texnologiyaların hazırlanması ilə məşğul olur. Bunun üçün startap süni zəkadan istifadə edir.