main-post-cover

    Apple şirkətinin ödənişli abunəçilərinin sayı 1 milyardı keçib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.08.2023
    Emil Nəcəfov
        Apple hər zaman rüb üzrə hesabatlarını təqdim edən zaman rekord göstəriciləri barəsində də məlumat verir. Bu dəfəki rüb hesabatının təqdimatı da istisna hal olmayıb. Şirkətin verdiyi məlumata əsasən onun aylıq ödənişli abunəçilərinin sayı 1 milyard insanı keçib. Bu ilin ikinci rübü üzrə nəticələrə əsasən şirkətin dövriyyəsi 1% aşağı düşüb.
        Lakin buna baxmayaraq nəticələr analitiklərin proqnozlarından daha yaxşı olublar. iPhone satışlarının ləngiməsinə baxmayaraq Apple servislərinin daha çox məşhurluq qazanmaları öz növbəsində şirkətə yardımçı olub. “Xəbər verməkdən şadam ki, bu ilin ikinci rübü üzrə biz servislərimizdən rekord göstəricidə gəlir əldə etmişik. Bu isə 1 milyard insandan çox aylıq ödənişli abunəçi hesabına mümkün olub. Biz, inkişafda olan ölkələrdəki bazarlarda iPhone-ların yüksək satış dinamikası sayəsində davamlı artımı müşahidə edirik” - deyə Tim Cook qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər