main-post-cover

    Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar vəsait itirirlər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.11.2021
    Farid Pardashunas
        Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şəbəkələr külli miqdarda vəsait itirməyə başladılar. Sosial şəbəkələrin vəsait itkiləri ümumilikdə 10 milyard dollara çatıb. Financial Times nəşriyyatı isə bu funksiyadan kimin və nə dərəcədə zərər gördüyünü araşdırıb. Apple şirkətinin ATT adlı yeni funksiyası iOS 14.5 və daha yeni versiyalarda çalışır. Sözügedən funksiyanın ideyası ondan ibarətdir ki, reklam elanlarının sərgilənmələri üçün istənilən tətbiq istifadəçinin aktivliyini izləmək üzrə ondan icazə almalıdır. Daha öncə sosial şəbəkələr bu prosesi heç bir icazə almadan reallaşdırırdılar. Bunun sayəsində sosial şəbəkələr reklam targetinqini effektiv şəkildə ayarlaya və reklamverənlər üçün doğru auditoriyanı seçə bilirdilər.
        Apple şirkətinin bu yeni funksiyası sayəsində isə istifadəçi ümumiyyətlə reklam məqsədi üçün tətbiqlərə öz aktivliyinin izlənməsini qadağan edə bilər. Sosial şəbəkələrin külli miqdarda vəsait itkilərini nəzərə alsaq, görünür, istifadəçilərin çoxu məhz bu funksiyadan istifadə edib. Financial Tmes-ın məlumatlarına əsasən sözügedən funksiyadan ən çox zərər çəkmiş sosial şəbəkələr arasında Facebook, Twitter, Youtube Snap var. Bu sosial şəbəkələrin vəsait itkiləri ümumilikdə 10 milyard dollara çatıb. Ən çox vəsait itkisini yaşamış isə Facebook-dur. Belə ki, sosial şəbəkə Apple şirkətinin yeni funksiyasından sonra 8 milyard dollar itirib.
        Lakin şirkət payı səviyyəsində zərərə nəzər yetirsək, görərik ki, ən çox zərər çəkmiş sosial şəbəkə məhz Snap-dir. Belə ki, onun desktop versiyası mövcud deyil və o yalnız smartfonlarda aktivdir. Reklam mütəxəssislərindən birinin sözlərinə əsasən sosial şəbəkələr öz platformalarının işlərini sıfırdan ayarlamalı olacaqlar. Bundan əlavə olaraq çoxlu sayda istifadəçi arasında yenilənmiş proqram təminatının testini aparmaq lazım olacaq. Bu isə əlavə xərc deməkdir. Analitiklərin sözlərinə əsasən əgər sosial şəbəkələr istifadəçilərin aktivliklərini izləmək üçün nəzərdə tutulmuş alqoritmlərində dəyişiklik etməsələr, Apple şirkətinin yeni funksiyası yaxın bir neç rüb ərzində həmin sosial şəbəkələrə külli miqdarda vəsait itkisi yaşadacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər