Logo
    main-post-cover

    Apple Twitter-dəki reklam kampaniyasını bərpa edib

    Startup və Biznes
    05.12.2022
    Emil
        Keçən həftə Elon Musk Apple şirkətini tənqid etmişdi. Səbəb isə şirkətin Twitter-də reklam kampaniyasını dayandırması idi. Bununla yanaşı Musk bildirmişdi ki, Apple sosial şəbəkənin tətbiqini App Store-dan siləcəyi üzrə onu hədələyib. İndi isə məlum olub ki, tərəflər arasındakı sözügedən məsələlər artıq həll olunub. Musk bildirib ki, Apple Twitter-dəki reklam kampaniyasını bərpa edib. Bununla yanaşı o qeyd edib ki, Apple sosial şəbəkənin ən böyük reklam verənidir. Qeyd etmək lazımdır ki, keçən həftə Musk Apple şirkətinin Apple Park adlı kampusunu ziyarət etmişdi. Həmin ziyarət çərçivəsində o, Apple şirkətinin CEO-su Tim Cook ilə görüşüb. Görünür, onlar arasında baş tutmuş görüş müsbət mühitdə yekunlaşıb. Musk-ın sözlərinə əsasən Tim Cook bildirib ki, Apple heç zaman Twitter-i App Store-dan silməyəcək.
    Paylaş
    Bənzər xəbərlər