Logo
    main-post-cover

    Audio sistemlərin hazırlanması ilə məşğul olan əfsanəvi Marshall brendi İsveç şirkəti tərəfindən alınıb

        İsveçin qulaqlıqlar və Bluetooth səsgücləndiricilər istehsalı ilə məşğul olan Zound Industries şirkəti Böyük Britaniyanın məşhur Marshall Amplification şirkətini alıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Zound Industries şirkəti yalnız lisenziya əsasında Marshall brendi altında məhsullar satışa çıxardırdı. Tərəflər arasında bağlanmış müqavilənin maliyyə şərtləri barəsində məlumat yoxdur. Lakin məlum olan odur ki, müqavilənin bağlanma prosesi yekunlaşandan sonra Marshall Group şirkəti yaradılacaq və onun ən böyük səhmdarları Marshall ailəsinin üzvləri olacaqlar. Qeyd etmək lazımdır ki, Jim Marshall hələ 1962-ci ildə səs sistemlərini hazırlamağa başlamış və nəticədə Marshall şirkətini təsis etmişdi.
    Paylaş
    Bənzər xəbərlər