main-post-cover

    Bir neçə il əvvəl Elon Musk Tesla-nı Apple şirkətinə satmağı planlaşdırırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.12.2020
    Emil Nəcəfov
        Tesla ilk növbədə öz elektromobilləri ilə məşhurdur. Şirkətin Model 3 adlı sedanı bir neçə müddət bundan öncə öz sinifinin ən yaxşı modeli adına layiq görülmüşdü. Tesla isə nəticədə bazarın lider elektromobil istehsalçısına çevrildi. Lakin Elon Musk-ın sözlərinə əsasən bu heç də həmişə belə olmayb. Bir neçə müddət bundan öncə olmuş müsahibələrindən birində Musk bildirib ki, o, vaxtı ikən şirkəti satmağı planlaşdırırdı. Bu barədə 4pda saytı xəbər verib. Musk-ın sözlərinə əsasən 2017-ci ildə Tesla heç də yaxşı dövrünü yaşamırdı və iflasın astanasında idi. Məhz həmin vaxtda o, Apple şirkətinə müraciət etmişdi. Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən Apple şirkəti 2015-ci ildən öz elektromobili üzərində çalışır.
        Musk, Apple şirkətinə Tesla-nı almağı təklif etmişdi. Lakin Tim Cook hətta Musk ilə görüşməkdən də imtina etmişdi. Musk bildirib ki, o, Tesla-nın indiki bazar dəyərinin 10%-ni təklif etmişdi. Yəni, Musk öz şirkətini 60 milyard dollara almağı təklif etmişdi. Bloomberg-in məlumatına əsasən hal hazırda Tesla-nın bazar dəyəri 600 milyard dollardan yüksəkdir. Nəticədə Tesla öz çətin dövrünü geridə qoyaraq vəziyyətini stabilləşdirə bildi. Musk bu məlumatları Apple şirkətinin 2024-cü ildə ilk elektromobilini təqdim edəcəyi məlumatlarının yayılması fonunda verib. “Yaxşı ki, Apple bu istiqamətdə irəliləyir və investisiyalar yatırır. Lakin smartfonlar və smart saatlar ilə müqayisədə avtomobillər çox qəlizdirlər” - deyə Musk qeyd edib. 
    Linki kopyala