Logo
    main-post-cover

    BlackBerry şirkəti iki hissəyə ayrılıb

        BlackBerry törəmə şirkət təsis etdiyini elan edib. Təsis edilmiş törəmə şirkət BlackBerry brendinin müəyyən işlərinin bir hissəsini özünə götürəcək. Şirkət öz növbəsində bunun nə üçün edildiyi, bu qərarın biznesə necə təsir göstərəcəyi və BlackBerry-nin hal hazırda nə ilə məşğul olduğu barəsində məlumat verib. BlackBerry hal hazırda smartfon biznesi ilə məşğul olmur. Bunun yerinə o, digər şirkətlərə proqram təminatı həllərini təqdim edir. Şirkətin iki hissəyə ayrılması öz növbəsində onun fəaliyyət göstərdiyi iki istiqamətin də ayrılmasına səbəb olacaq. Söhbət, IoT (Internet of Things) və kibertəhlükəsizlikdən gedir.
        Şirkətin iki hissəyə ayrılması IoT biznesinin birjaya ayrıca şirkət kimi çıxarılması üçün lazım olub. Bunun sayəsində yeni şirkətə investorların cəlb olunması düşünülür. Bu cür qərarın fonunda BlackBerry səhmlərinin ümumi dəyəri 4% yüksəlib. Şirkətin iki hissəyə ayrılması həmçinin hər bir biznesin öz strategiyasına köklənməsinə şərait yaradacaq. BlackBerry üstəlik bazardakı vəziyyətindən də danışıb. Mobil biznesdən imtina etməsinə baxmayaraq şirkət digər istiqamətdə məşhurlaşıb. Söhbət, proqram təminatı istiqamətindən gedir. Belə ki, şirkətin proqram təminatı 500 milyondan çox şəbəkə təchizatının təhlükəsizliyini təmin edir.
    Paylaş
    Bənzər xəbərlər