Logo
    main-post-cover

    Böyük Britaniya Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib

    Startup və Biznes
    19.04.2021
    Emil
        Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib. Böyük Britaniya siyasətçisi və istintaqı aparan departamentin rəhbəri Oliver Dowden-in sözlərinə əsasən o öz ölkəsinin çiçəklənən texnoloji sahəsini dəstəkləmək istəyir. Bir tərəfdən hökumət xarici investisiyaların cəlb olunmasının tərəfdarıdır. Lakin digər tərəfdən o bu müqavilənin milli təhlükəsizlik sisteminə heç bir zərər yetirməyəcəyinə əmin olmaq istəyir. Qeyd etmək lazımdır ki, Nvidia-nın ARM Holdings-i almasına artıq Microsoft, Google Qualcomm kimi şirkətlər qarşı çıxıblar.
        Məlumatda qeyd edilib ki, sözügedən müqavilənin detallı analizindən sonra Böyük Britaniya milli təhlükəsizlik məsələsi üzrə əlavə araşdırmalar aparacaq. Nəticədə Böyük Britaniyanın antimonopoliya orqanı bu müqavilənin potensial nəticələrini özündə əks etdirəcək hesabatı təqdim edəcək. Həmin hesabat isə istənilən növbəti qərarların verilməsində yardımçı olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda ARM Holdings şirkəti Softbank holdinqinə məxsusdur. Nvidia ilə Softbank arasındakı potensial müqavilə 40 milyard dollar dəyərindədir.
    Paylaş
    Bənzər xəbərlər