main-post-cover

    Çin hökuməti ölkədə Tesla elektromobillərinin istifadəsini məhdudlaşdıracaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.03.2021
    Farid Pardashunas
        Çin hökuməti Tesla elektromobillərinin ölkədə istifadəsini məhdudlaşdıracaq. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Beləliklə çinli hərbçilər və dövlətin aparıcı şirkətlərində çalışan dövlət qulluqçuları Tesla elektromobillərindən istifadə edə bilməyəcəklər. Belə ki, verilmiş məlumata əsasən Çin hökuməti Tesla elektromobillərinin milli təhlükəsizlik üzrə məlumatların sızdırılmasına səbəb ola biləcək mənbəyə çevrilməsindən qorxur. Buna görə də Çin hökuməti bu məsələdə bəzi təşkilatlar ilə əlaqə yaradıb.
        Beləliklə məmurlar əməkdaşlara Tesla elektromobilləri vasitəsilə işə gəlib-getməkdən imtina etməli olduqlarını bildirməlidirlər. Bəzi şəxslərin verdikləri məlumatlara əsasən Tesla elektromobillərinin həmçinin vacib dövlət orqanlarında çalışan insanların ailələrinin yaşadıqları yaşayış rayonlarına da daxil olmaları qadağan edilib. Çin hökuməti narahatdır ki, Tesla elektromobillərində olan kameralar daimi şəkildə görüntünün yazılması rejimində çalışa və müxtəlif məlumatları əldə edə bilərlər.
        Buna misal olaraq elektromobilin harda nə zaman və necə istifadə olunması barəsində məlumatlar əldə oluna bilər. Bundan əlavə olaraq mobil cihaz ilə sinxronlaşdırılandan sonra mobil cihazdakı kontaktlar siyahısının əldə olunması qorxusu da mövcuddur. Çin hökuməti bu cür məlumatların ABŞ-a ötürülməsindən narahatdır. Qeyd etmək lazımdır ki, bu cür qərar Çin hökumətinin Tesla elektromobillərinin təhlükəsizliklərini yoxlama prosesinə start verməsindən sonra qəbul edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər