Çinin Geely avtomobil istehsalçısı Meizu smartfon brendini almağı planlaşdırır
Tech-Biznes
Startup və Biznes
e-ticaret
24.01.2022
Farid Pardashunas
Çinin Geely adlı avtomobil istehsalçısı smartfon bazarına daxil ola bilər. Qeyd etmək lazımdır ki, bu avtomobil istehsalçısı Lotus, Volvo və Polestar avtomobil brendlərinə sahibdir. Çinin kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Geely şirkəti Meizu smartfon brendini almağı planlaşdırır. Məlumatda qeyd edilib ki, hal hazırda bu iki şirkətin birləşməsi üzrə hazırlıqlar gedir. Əgər hər şey yolunda getsə, Geely ilk smartfonlarını gələn il satışa çıxartmağı hədəfləyib. Qeyd etmək lazımdır ki, Geely artıq uzun müddətdir ki, smartfon bazarını izləyir və bu istiqamətdə Xingji Times adlı təşkilatını yaradıb. Şirkət həmçinin Xiaomi, ZTE və OPPO kimi brendlərdən olan bəzi mütəxəssisləri də özünə tərəf çəkə bilib.
Verilmiş məlumata əsasən Geely öz yeni biznesinə artıq 10 milyard dollar investisiya yatırıb. Bura Meizu-nun alınması üçün nəzərdə tutulmuş potensial xərclər daxil deyil. Bundan əlavə olaraq şirkət öz smartfonlarının istehsalı ilə məşğul olacaq partnyor axtarışındadır və çox güman ki, bu rolda Foxconn şirkəti çıxış edəcək. Lakin bu sahədə fərdi cihazların layihələşdirilməsi, tədqiqatı və yaradılması birbaşa Geely tərəfindən reallaşdırılacaq. Meizu-nun alınması isə məhz bu məqsədlər üçün nəzərdə tutulub. Hal hazırda Meizu il ərzində 1 milyondan bir qədər az sayda smartfon istehsal edir. İllər əvvəl isə bu göstərici 20 milyon smartfon təşkil edirdi. Meizu-nun bu müddət aralığında qarşılaşmış olduğu problemlər arasında uğursuz şirkət marketinqi və məhdud istehsalat gücləri olublar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)