main-post-cover

    Einride adlı startap özünün elektriklə çalışan və tamamilə avtopilot olan yük maşınını təqdim etdi

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.07.2017
    Farid Pardashunas

    İsveçdə fəaliyyət göstərən Einride adlı startap özünün hazırladığı elektrikli və tamamilə avtopilotla çalışan yük maşınının prototipini təqdim etdi.

    Startapın hazırladığı T-pod adlı elektrikli yük maşını, şəhər mühitində fəaliyyət göstərən digər yük maşınlarını əvəz edəcək. T-pod, avtopilot özəlliyindən əlavə olaraq uzaqdan idarə sistemi ilə də təchiz olunub. Onun batareyası saatda 200 kilovat enerji tutma həcminə sahibdir. Bu isə 200 km yol üçün kifayət edir. Sözügedən yük maşını futuristik dizayna sahibdir və o sıfırdan hazırlanıb. T-pod sıfırdan hazırlananda artıq nəzər alınmışdı ki, onun üçün sərnişin yeri nəzərdə tutulmayacaq. Belə ki, yük maşını, avtopilot və uzaqdan idarəetmə sisteminə sahib olduğu üçün ona sürücü lazım deyil. Məhz buna görə T-pod, sərnişinlər üçün nəzərdə tutulmuş hissəsiz yaradılıb. Onun yerinə isə müxtəlif yüklərin yerləşdirilməsi üçün əlavə yer yaradılıb. T-pod-un 200 ədəd sayı, 2020-ci ildə bazara çıxacaq. Onlar İsveçin 2 şəhəri üzrə fəaliyyət göstərəcəklər. Yollarda həmçinin bu yük maşınını şarj etmək üçün xüsusi şarjetmə məntəqələri də inşa ediləcək. Şirkətin verdiyi məlumata əsasən onun yük maşınları il ərzində pallet vasitəsilə 2 milyona yaxın müxtəlif yükləri daşıyacaq. Uzaqdan idaetmə sistemi vasitəsilə bu yük maşınlarını daha tez bir zamanda istifadəyə vermək mümkün olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər