Logo
    main-post-cover

    Elon Musk Forbes tarixinin ən varlı şəxsi statusunu əldə edib

    Startup və Biznes
    27.10.2021
    Emil
        Tesla şirkətinin müsbət rüb hesabatı və Hertz şirkətinin çoxlu sayda Tesla elektromobillərini sifariş etməsi elektromobil istehsalçısının bazar dəyərinin 1 trilyon dollara yüksəlməsinə səbəb olub. Bunun sayəsində isə Elon Musk Forbes reytinqi tarixinin ən varlı şəxsi statusunu əldə edib. Bu həftə Musk-ın sərvəti 271.3 milyard dollar dəyərində qiymətləndirilirdi. Bu göstərici isə keçən həftənin cümə günündə olmuş göstəricidən 41.7 milyard dollar çoxdur.
        Musk-ın sərvətinin bu cür yüksək templə artımı Tesla səhmlərinin qiymətinin 13% yüksəlməsi ilə bağlıdır. Forbes-un verdiyi məlumata əsasən Musk-ın sərvəti hal hazırda ilk dəfə olaraq 300 milyard dollara yaxınlaşıb. Daha öncə planetin ən varlı şəxsləri reytinqinə Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos rəhbərlik edirdi. Bu ilin iyul ayında Amazon şirkətinin səhm qiymətləri pik göstəricidə idilər. Bunun sayəsində Bezos-un sərvəti 212 milyard dollara yüksəlmişdi. Musk-ın sərvətinin əsas hissəsini onun Tesla-dakı 21% payı təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər