
Elon Musk-ın gəlişindən sonra Twitter-in bazar dəyəri 66% aşağı düşüb
Startup və Biznes
01.06.2023
Emil
Twitter-in bazar dəyəri aşağı düşməkdə davam edir. Qeyd etmək lazımdır ki, Elon Musk keçən il Twitter-i 44 milyard dollara almışdı. İndi isə məlum olub ki, sosial şəbəkə öz bazar dəyərinin bu məbləğdən 66%-ni artıq itirib. Twitter-in alınmasından bir neçə ay sonra Musk bildirmişdi ki, şirkətin bazar dəyəri 20 milyard dollar aşağı düşüb. Məlumata əsasən hal hazırda Twitter-in bazar dəyəri 15 milyard dollar təşkil edir. Musk Twitter-in alınması üçün nəzərdə tutulmuş 44 milyard dolların 13 milyardını kredit kimi götürmüşdü. 19 milyard dollar isə xarici investorlar tərəfindən təmin edilmişdi. Musk sosial şəbəkənin səhmlərinin 79%-ni əldə etmək üçün 25 milyard dollar vəsait xərcləyib. İndi isə sosial şəbəkənin səhmlərinin ümumi dəyəri 9 milyard dollar təşkil edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
