main-post-cover

    Elon Musk OpenAI şirkətindən süni zəka ilə bağlı domeni əldə edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.08.2023
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Elon Musk yeni şirkətini təsis etdiyini elan etmişdi. Söhbət xAI adlı şirkətdən gedir. Sözügedən şirkət süni zəka sahəsində fəaliyyət göstərəcək. İndi isə məlum olub ki, OpenAI şirkətinə məxsus ai.com domeni Musk tərəfindən əldə edilib. Çox güman ki, Musk əldə edilmiş ai.com domenini məhz xAI şirkəti üçün istifadə edəcək. Bəzi məlumatlara əsasən OpenAI şirkəti ai.com domenini bu ilin fevral ayında əldə etmişdi və onu süni zəka əsaslı ChatGPT çat-botunun saytına istiqamətləndirmişdi.
        Qeyd etmək lazımdır ki, bu domen çox nadir və bahalı domendir. Belə ki, domen iki hərfdən ibarətdir və bir sözü ifadə edir. Kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən 2022-ci ildə buna bənzər domen 3.8 milyon dollara satılmışdı. Söhbət, IT.com adlı domendən gedir. Lakin ai.com domeninin qiyməti daha baha ola bilər. Belə ki, son zamanlarda süni zəka texnologiyasına diqqət çox artıb. Sözügedən ai.com domeninin OpenAI-dan xAI-ya keçid səbəbi bilinmir. OpenAI şirkəti öz növbəsində bu domenə sahibliyini heç zaman təsdiq etməmişdi. Musk isə bu məsələyə fikir bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər