Elon Musk sonunda Twitter-i 44 milyard dollara aldı

Elon Musk sonunda Twitter-i 44 milyard dollara aldı

Startup və Biznes
28.10.2022 PAYLAŞIM

    Yarım il ərzində çəkmiş çətin və qalmaqallı danışıqlardan sonra Elon Musk sonunda Twitter-i aldı. Məlumatda qeyd edilib ki, dünyanın ən məşhur sosial şəbəkələrindən birinin əldə edilməsi Musk-a 44 milyard dollara başa gəlib. Bu qiymət tərəflər arasındakı ilkin razılaşmada əks olunmuş qiymətdir. Musk Twitter-in sahibi kimi artıq ilk addımlarını da atıb. Belə ki, şirkətin artıq keçmiş CEO-su Parag Agrawall və maliyyə direktoru Ned Segal şirkətdən azad ediliblər. Onlar Twitter-in San Fransiskodakı baş ofisindən ayrılıblar.

    Bununla yanaşı Twitter-in hüquqi siyasət və təhlükəsizlik şöbəsinin rəhbəri Vijaya Gadde də öz işindən azad edilib. Musk-ın sözlərinə əsasən o, Twitter-i insanların qanunları pozmadıqları halda istədikləri mövzu ətrafında danışmaq üçün nəzərdə tutulmuş platformaya çevirmək istəyir. Onun fikrincə Twitter öz azadlığını əks etdirən yerə çevrilməlidir. Məlumatda qeyd edilib ki, o həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın istifadəçi hesabını da bərpa etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Trump-ın Twitter-dəki hesabı 2021-ci ilin yanvar ayında boklanmışdı.


    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Musk-ın Twitter ilə bağlı irimiqyaslı planları var. Belə ki, o, Twitter-i Çində çox məşhur olan WeChat tətbiqinin analoquna çevirmək niyyətindədir. Qeyd etmək lazımdır ki, WeChat-da istifadəçilər öz aralarında ünsiyyət qura, xəbərləri oxuya, müxtəlif məhsulları sifariş edə, müxtəlif xidmətlərin ödənişlərini reallaşdıra, kreditlər əldə edə və s. əməliyyatları reallaşdıra bilirlər. Bütün bu ideyaların nə zaman reallaşacağı bilinmir. Musk-ın öz fikrincə o, Twitter-i baha qiymətə alıb. Lakin o həmçinin düşünür ki, gələcəkdə bu investisiya öz bəhrəsini verəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..


Meta 2018-ci ildə baş vermiş Cambridge Analytica qalmaqalı səbəbilə 725 milyon d..

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sah..

×