
Elon Musk Twitter əməkdaşlarına təşəkkür edib
Startup və Biznes
14.11.2022
Emil
Elon Musk Twitter əməkdaşlarına yeni məktub göndərib. Öz yeni məktubunda o özünün 28 oktyabr tarixində şirkətin CEO-su vəzifəsində çalışmağa başladığı müddətdən sosial şəbəkənin işçilərinin aktiv şəkildə çalışdıqları üçün onlara təşəkkür edib. O həmçinin sosial şəbəkənin gələcəyi ilə bağlı məsələlərin müzakirəsi üçün şirkət əməkdaşlarını Twtter-in San Fransiskodakı baş ofisinə dəvət edib. Keçən həftənin sonunda məlum oldu ki, sosial şəbəkə ayda 8$-a başa gələn Twitter Blue abunəliyini müəyyən müddətlik dayandırıb.
Belə ki, bəzi dələduzlar saxta hesablar yaradaraq Twitter Blue abunəliyini alırlar və həmin saxta hesabların təsdiqlənməsindən sonra onların adları məşhur brendlərin adları ilə əvəzlənir. Twitter isə bu problemi həll edənə kimi müəyyən müddətlik Twitter Blue abunəliyini deaktiv edib. Abunəliyin nə zaman yenidən aktiv olacağı bilinmir. Məlumatda qeyd edilib ki, Twitter-də dəyişikliklər əvvəllər daha ləng şəkildə reallaşdırılırdı. Belə ki, sosial şəbəkə istifadəçilərin reaksiyaları, təhlükəsizlik və şirkət gəlirlərinə təsir kimi faktorları nəzərdən keçirtməlidir. Musk-ın istifadə etdiyi təcrübi strategiya isə Twitter işçiləri ilə yanaşı həmçinin reklam verənlərin və hətta ABŞ Federal Ticarət Komissiyasının (FTC) da narahatlıqlarına səbəb olub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
