Elon Musk Twitter-in iflasa uğrama ehtimalını səsləndirib

Elon Musk Twitter-in iflasa uğrama ehtimalını səsləndirib

Startup və Biznes
11.11.2022 PAYLAŞIM

    Elon Musk Twitter əməkdaşlarına müraciətində qeyd edib ki, reklam verənlərin böyük hissəsinin sosial şəb'kədən getməsi və müəyyən həcmdə olan vəsait borcu Twitter-in iflasa uğramasına səbəb ola bilər. İflasdan yan keçmək üçün Musk təkcə şirkət biznesində dəyişikliklər etmək niyyətində deyil. Belə ki, şirkətin vəziyyətinin stabilləşdirilməsi üçün o həmçinin öz vəsaitlərindən də istifadə etməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, Musk bir neçə müddət bundan öncə özünə məxsus olan Tesla səhmlərinin müəyyən hissəsini məhz bu məqsəd üçün satıb. Bununla belə şirkətin yuxar; səviyyəli rəhbərləri Twitter-dən ayrılmağa davam edirlər. Sosial şəbəkənin maliyyə axınının stabilləşməsi üçün hədəflənmiş tədbirlərdən biri də sosial şəbəkə işçilərinin sayını 2 dəfə azaltmaq idi.

    Bu həftə Twitter-dən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Lea Kissner, məlumatların təhlükəsizliklərindən cavabdeh olmuş Damien Kieran və bir sıra digər vacib əməkdaşlar ayrılıblar. Bu cür yüksək vəzifəli əməkdaşlar şirkətin heç də yaxşı olmayan vaxtında ayrılırlar. Məlumatda qeyd edilib ki, Twitter həmçinin ciddi maliyyə borcuna da sahibdir. Buna görə də Musk şirkət əməkdaşlarına müraciətində aylıq 8$ qiymətinə satılan Twitter Blue abunəliyinin istifadəçilər arasında tez bir zamanda yayılmasının vacibliyini qeyd edib. Onun fikrincə bu öz növbəsində reklam verənlərdən asılılığı müəyyən səviyyədə aşağı salmağa və abunəliklərdən gələn gəliri 50% yüksəltməyə imkan verəcək.


    Bununla yanaşı Musk şirkətin əməliyyat xərclərini də aşağı salmağı planlaşdırır. Şirkətdə qalan işçilər üçün bundan sonra pulsuz şəkildə qida təklif olunmayacaq. Dünən məlum oldu ki, Musk həmçinin işçilərə distant işləməyi qadağan edib. Twitter-in mövcud 12 milyard dollar borcundan növbəti 12 ay ərzində 1.2 milyard dolları ödənilməlidir. Bu ilin iyun ayının sonuna olan statistikaya əsasən isə sosial şəbəkə yalnız 1.1 milyard dollar həcmində qazanc generasiya edib. Burdan da belə qənaətə gəlmək olar ki, maliyyə nöqteyi nəzərdən Twitter-in vəziyyəti heç də yaxşı deyil. Noyabrın əvvəlində Musk Tesla səhmlərinin müəyyən hissəsini 3.95 milyard dollara satıb. Onun sözlərinə əsasən o bunu sosial şəbəkəni xilas etmək üçün edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter ciddi endirimlər və əlavə xidmətlər vasitəsilə reklam verənləri geri qay..

Twitter reklam verənlərə əhəmiyyətli stimullar təklif edərək onların sosial şəbəkə daxilində reklam ..


Apple cari il üzrə 16 milyon daha az iPhone 14 istehsal edə bilər

İsveçrənin ən böyük bankı olan UBS-in analitiklərinin vermiş olduqları məlumata əsasən cari il üzrə ..


Geyilə bilən cihazlar bazarında vəziyyəti əks etdirən statistika təqdim edilib..

Canalys şirkətinin tədqiqatçıları 2022-ci ilin üçüncü rübü üzrə geyilə bilən cihazlar bazarının vəzi..


Avropa Birliyi öz regionunda Twitter-i bloklaya və ya cəriməliyə bilər

Elon Musk-ın Twitter ilə bağlı olan problemləri sosial şəbəkənin alındığı gün başladı...


2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq..

Mütəxəssislərin fikirlərinə əsasən bu bazarın inkişaf tempini artıracaq əsas faktorlardan biri də av..


Foxconn zavodundakı etirazlar səbəbilə Apple şirkətinin iPhone gəlirləri 20-30% ..

Foxconn şirkətinin iPhone istehsalı ilə məşğul olan zavodunda işçilərin etirazları səbəbilə Apple şi..

×