
Elon Musk Twitter-in sahibi olandan sonra sosial şəbəkənin gündəlik istifadəçi kütləsi artıb
Startup və Biznes
09.11.2022
Emil
Bir neçə müddət bundan öncə Twitter-i almış Elon Musk qeyd edib ki, sözügedən sosial şəbəkənin məşhurluq səviyyəsi rekord göstəricilərə çatıb. Reklam verənlər üçün hazırlanmış materiallara əsasən Musk-ın, Twitter-in rəhbər vəzifəsinə keçidinin ilk həftəsində sosial şəbəkənin gündəlik istifadəçi kütləsi ortalama olaraq 20% yüksəlib. Məlumata əsasən Twitter-in əsas bazarı hesab edilən ABŞ-da sosial şəbəkənin gündəlik istifadəçi kütləsinin artımı daha da yüksək olub. Bu ilin ikinci rübünün sonundan başlayaraq Twitter-in monetizasiyaya məruz qalan gündəlik istifadəçi kütləsi 15 milyon istifadəçi artıb və ümumilikdə 250 milyon istifadəçiyə çatıb.
Bu ilin ikinci rübündə Twitter-də gündəlik aktiv istifadəçi kütləsi 237.8 milyon insan idi. Bir neçə gün bundan öncə Musk bildirmişdi ki, Twitter reklam gəlirlərinin azalması ilə qarşılaşıb. Reklam verənlər üçün hazırlanmış hesabatda qeyd edilib ki, sosial şəbəkənin səhifələrində əks olunan nifrət məqsədli tweet-lərin sayı tarixi normadan yüksək deyil. Belə ki, bu cür tweet-lərin ümumi faiz göstəricisi 0.25-0.45% təşkil edir. Bununla yanaşı sosial şəbəkənin təmsilçiləri reklam verənlərə bildiriblər ki, Twitter-in kontent moderasiyası sahəsindəki siyasətində həmin siyasətin formalaşmasında və idarəsində yaxından iştirak edəcək xüsusi komitə yaradılmayana kimi dəyişməyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
