Elon Musk yenidən dünyanın ən varlı şəxsi seçilib və o bu münasibətlə Jeff Bezosu trollayıb

Elon Musk yenidən dünyanın ən varlı şəxsi seçilib və o bu münasibətlə Jeff Bezosu trollayıb

Startup və Biznes
30.09.2021 PAYLAŞIM

    Forbes jurnalı bazar ertəsi Elon Musk-ı indiyənə kimi 200 milyard dollar sərvətə sahib olmuş üçüncü şəxs seçmişdi. Bu səbəbdən də o, Amazon şirkətinin yaradıcısı Jeff Bezos-u geridə qoyaraq yenidən dünyanın ən varlı şəxsinə çevrildi. Bezos ilə Musk arasında olan rəqabəti nəzərə alaraq, Musk bu cür imkandan yararlanmaq qərarına gəlib. Belə ki, dünyanın ən varlı şəxsi statusuna fikir bildirən zaman Musk öz Twitter hesabında belə bir tweet paylaşıb: “Mən, Jeff Bezos-a 2 rəqəminə sahib nəhəng heykəl və gümüş medal göndərirəm”. Musk tərəfindən bu cür trollama heç də təəccüblü deyil. Belə ki, o, dəfələrlə öz rəqiblərinə qarşı maraqlı mesajları ilə seçilib. Maraqlısı ondadır ki, Musk həqiqətən də bu ideyanı reallaşdıracaq yoxsa yox?


    Musk vaxtı ikən Bezos-u iki dəfə təqlidçi adlandırıb. İlk dəfə bu, 2019-cu ilin aprel ayında baş vermişdi. Həmin vaxtda Amazon şirkəti elan etmişdi ki, o, SpaceX-in Starlink layihəsi kimi sürətli peyk internetini işə salacaq. İkinci hal isə 2020-ci ilin iyun ayında baş vermişdi. Həmin vaxtda isə Amazon şirkəti pilotsuz avtomobil istehsalçısı olan Zoox şirkətini almışdı. Son vaxtlarda isə bu iki şəxs maliyyə və kosmik məsələlər üzrə qarşı-qarşıya gəlirlər. Keçən ilin mart ayında Musk-ın sərvəti 24.6 milyard dollar təşkil edirdi.

    Həmin vaxtda isə Jeff Bezos-un sərvəti 90 milyard dollar daha çox idi. 2020-ci ilin avqust ayında Jeff Bezos, sərvəti 200 milyardı keçmiş ilk şəxs olmuşdu. Belə ki, Amazon şirkətinin səhmlərinin qiymətləri yüksəlmişdi. Lakin Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi sayəsində Musk 2021-ci ilin yanvar ayında qısa müddətlik dünyanın ən varlı şəxsi statusunu qazanmışdı. Bu həftənin bazar ertəsi isə Musk yenidən bu statusu qazanıb. Onun sərvəti 200.7 milyard dollar dəyərində qiymətləndirilir. Bezos isə 192.5 milyard dollar göstərici ilə ikinci yerdə qərarlaşıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..


Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Elon Musk-ın Twitter-i 44 milyard dollara alacağı təsdiqlənib. Twitter bu məlumatı rəsmi şəkildə təs..

×