Geyilə bilən cihazlar bazarında vəziyyəti əks etdirən statistika təqdim edilib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
01.12.2022
Farid Pardashunas
Canalys şirkətinin tədqiqatçıları 2022-ci ilin üçüncü rübü üzrə geyilə bilən cihazlar bazarının vəziyyəti barəsində hesabatı təqdim ediblər. Analitiklərin məlumatlarına əsasən bu ilin üçüncü rübündə ümumilikdə 49 milyon ədəd smart saat və fitnes treker istehsal edilib. Bu göstərici isə keçən ilin üçüncü rüb göstəricisindən 3.4% yüksəkdir. Məlumatda qeyd edilib ki, Apple geyilə bilən cihazlar bazarında ən böyük istehsalçı olaraq qalır. Belə ki, bu bazarı əhatə edən satılmış bütün cihazların 20%-i məhz Apple şirkətinə məxsusdur.
2021-ci ildəki göstəricilər ilə müqayisədə şirkət bu il öz göstəricilərini 37% yaxşılaşdırıb. Samsung bu bazarda Xiaomi-ni üçüncü yerə endirib. Belə ki, il ərzində Samsung-un geyilə bilən cihazlar bazarında satışları 16% yüksəlib. Xiaomi-nin satışları isə 38% aşağı düşüb. Heç gözlənilmədən reytinqin ilk beşliyinə Hindistanın Noise adlı brendi daxil olub. Sözügedən brendin göstəriciləri 223% yüksəlib. Beşinci yeri Huawei şirkəti tutub. Huawei geyilə bilən cihazlar bazarının 7%-nə sahibdir və onun bu il satış göstəriciləri 29% aşağı düşüb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ