
Google öz işçiləri üçün reytinqlər sistemini tətbiq edəcək
Startup və Biznes
23.11.2022
Emil
İqtisadi durğunluğun olduğu bir vaxtda Google şirkəti öz işçiləri üçün reytinqlər sistemini istifadəyə verməyə hazırlaşır. Şirkət bu sistemə əsaslanaraq gələn il qeyri-effektiv 10 000 işçini işdən azad etmək niyyətindədir. Beləliklə şirkət işçilərin iş performanslarını qiymətləndirməyə imkan verəcək sistemi işə salmağı planlaşdırır. Bu sistem vasitəsilə menecerlər gələn il minlərlə işçini işdən azad etmək hüququna sahib olacaqlar. Onlar öz növbələrində aşağı əmək göstəricilərinə sahib işçilərin 6%-ni təyin etməli olacaqlar. Bu isə 10 000 işçi deməkdir. Məlumata əsasən ən aşağı reytinq göstəricisini əldə edəcək işçilər şirkətdən ayrılmalı olacaqlar. Bundan əlavə olaraq reytinqlər sistemi həvəsləndirici imtiyazların təqdim olunmasında istifadə edilə və işçilərə əlavə bonusların verilməsində nəzərə alına bilər. Məlumata əsasən Google-da olan işçi sayı mövcud biznes vəziyyət ilə uyğunlaşmır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
