Logo
    main-post-cover

    Honor CEO-sunun fikrincə məhsul nöqteyi nəzərdən Honor artıq Huawei şirkətini geridə qoyur

    Startup və Biznes
    01.03.2023
    Emil
        MWC 2023 sərgisi çərçivəsində keçirilmiş konfrans zamanı Honor şirkətinin CEO-su Zhao Ming bildirib ki, beynəlxalq bazarda Honor istehlakçı elektronikasına hədəflənib və bu sahədə Apple, SamsungHuawei də daxil olmaqla istənilən şirkətlə rəqabət apara bilər. Zhao Ming məhz bunları deyib: “Huawei böyük sistemə, o cümldən sənaye, innovasiyalar və idarəetmə sahələrində güclü imkanlara sahibdir. Lakin Honor məhz öz məhsullarına hədəflənib. Məhsullara gəldikdə isə Honor-un məhsulları Huawei məhsullarından daha yaxşıdır”. Qeyd etmək lazımdır ki, Honor öz indiki istiqamətinə lazımi impulsun yığılması üçün 2 il vaxt sərf edib. Nəticədə şirkət müxtəlif məhsullardan tutmuş MagicOS kimi proqram təminatına kimi bir istiqamətlənmə əldə edib. Bugünki Honor qlobal bazarda rəqabətdə iştirak edərək istehlakçılara unikal üstünlüklər təklif edə bilər.
    Paylaş
    Bənzər xəbərlər