Huawei ilə ZTE-nin telekommunikasiya təchizatlarının əvəzlənməsi ABŞ-a hansı qiymətə başa gələcək?

Huawei ilə ZTE-nin telekommunikasiya təchizatlarının əvəzlənməsi ABŞ-a hansı qiymətə başa gələcək?

Startup və Biznes
08.05.2023 PAYLAŞIM

    HuaweiZTE şirkətlərinin telekommunikasiya təchizatlarının əvəzlənməsi ABŞ-a 5 milyard dollara başa gələcək. Bu barədə məlumatı ABŞ-ın Federal Rabitə Komissiyasının (FCC) sədri Jessica Rosenworcel Konqresdə çıxışı zamanı verib. 2021-ci ilin payız fəslində FCC federal büdcədən 1.9 milyard dollar vəsait əldə etmişdi. İndi isə o, 3.08 milyard dollar dəyərində əlavə maliyyələşdirmə istəyib. Beləliklə əgər gələcəkdə əlavə xərclər olmasa, ABŞ-da Huawei ilə ZTE şirkətlərinin telekommunikasiya təchizatlarının əvəz edilməsi üçün ümumilikdə 4.98 milyard dollar vəsait sərf ediləcək. Maliyyə vəsaitinin çatışmazlığı səbəbilə FCC ilk növbədə 2 milyondan çox abonentə sahib olmayan şirkətlərin xərclərini kompensasiya etməyi qərarlaşdırıb.

    Hələ bir neçə il bundan öncə ABŞ hökuməti bildirmişdi ki, Huawei ilə ZTE-nin telekommunikasiya təchizatları ölkənin milli təhlükəsizliyi üçün böyük risklərə sahibdirlər. 2020-ci ildə isə Çin istehsalı olan təchizatların ABŞ-da əvəzlənməsi prosesinə start verildi. Bu proses təkcə ABŞ-da deyil, digər ölkələrdə də reallaşdırılır. Lakin buna baxmayaraq Huawei şirkətinin telekommunikasiya təchizatlarından istifadə etməyə davam edən ölkələrin sayı da az deyil. Məsələn Böyük Britaniyada 4G şəbəkəsinin çalışması üçün nəzərdə tutulmuş təchizatların 41%-i məhz Huawei şirkətinə məxsusdur. Almaniya, Polşa, Portuqaliya, İtaliya və Avstriya Huawei-dən 5G təchizatlarını almaqda davam edən ölkələr siyahısındadırlar.




DAHA ÇOX


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.


Avropa Birliyinin süni zəka ilə bağlı qanun layihəsi səbəbilə OpenAI Avropa baza..

OpenAI şirkətinin CEO-su olan Sam Altman xəbərdarlıq edib ki, Avropa Birliyi regionunda süni zəka sa..


Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı...

×