Logo
    main-post-cover

    iQOO brendi Vivo ilə birləşə bilər

        Çindən olan mənbələrin verdikləri məlumata əsasən Vivo şirkəti özünün iQOO adlı subbrendini əsas biznesi ilə birləşdirmək qərarına gəlib. Texniki olaraq iQOO smartfon bazarından getməyəcək. Lakin brend Vivo-nun məhsulları portfoliosuna daxil olaraq öz müstəqilliyini itirəcək. Məlumata əsasən brendlərin birləşməsi öz növbəsində onların marketinqlərinin və komandalarının birləşməsinə gətirib çıxaracaq. Bu halda iQOO brendi öz mağazalarından məhrum olacaq.
        Daha öncə bu hər iki brend vahid istehsalat zəncirlərinə sahib idilər və onlar hətta birgə tədqiqat layihələri də aparırdılar. Lakin onların inkişaf strategiyaları ilə smartfon bazarındakı mövqe gözləntiləri bir-birilərindən fərqlənirdi. İndi isə məlumata əsasən bazardakı vəziyyət və iQOO smartfonlarına tələbatın aşağı düşməsi səbəbilə Vivo rəhbərliyi ayrıca brendi idarə etməyin  iqtisadi nöqteyi nəzərdən heç sərfəli olmadığı qərarına gəlib.
    Paylaş
    Bənzər xəbərlər