main-post-cover

    Jeff Bezos da daxil olmaqla Amazon-un digər rəhbərlərinə qarşı cinayət istintaqına start verilə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    19.10.2021
    Emil Nəcəfov
        Jeff Bezos da daxil olmaqla Amazon rəhbərləri şirkətin iş praktikası məsələsində ABŞ Konqressində səhv fikirlər yaratmaqda və ya ümumiyyətlə konqressə yalan danışmaqda şübhəli bilinirlər. ABŞ-ın aparıcı qanunvericiləri bu cür düşünürlər. Buna görə də öz ilk kosmik uçuşundan sonra Jeff Bezos müttəhimlər skamyasına eniş edə bilər. Bu barədə Reuters saytı xəbər verib. ABŞ əmsilçiləri palatasının məhkəmə komitəsinin üzvləri bildiriblər ki, onlar şirkətə qarşı cinayət istintaqı aparmağı nəzərdən keçirirlər. Bu məsələ Reuters saytının Amazon ilə bağlı araşdırması nəticəsində qaldırılıb. Belə ki, bir neçə müddət bunfan öncə məlum olmuşdu ki, Amazon Hindistan bazarında kənar satıcıların məhsullarını kopyalayır və öz platformasındakı axtarış sistemində manipulyasiyalar edərək kopyalanmış məhsulları irəli çəkir.
        Bu üsul ilə şirkət öz məhsullarının satışlarını yüksəltməyə çalışır. Amazon öz növbəsində bu cür ittihamı təkzib edib. “Amazon və onun rəhbərləri komitəni yanıltmayıblar və biz, kütləvi informasiya vasitələrində dərc edilmiş doğru olmayan məlumatları təkzib etmişik və onları düzəltməyə çalışmışıq” - deyə Amazon təmsilçisi qeyd edib. ABŞ təmsilçiləri palatasının məhkəmə komitəsinin 5 üzvü bazar ertəsində Amazon-un hal hazırki CEO-su Andrew Jassy-yə məktub göndərib. Həmin məktubda onlar qeyd ediblər ki, Reuters saytının inandırıcı hesabatı və digər kütləvi informasiya vasitələrindəki məqalələr Jeff Bezos da daxil olmaqla Amazon-un digər rəhbərlərinin andiçmələrini və şahidliklərini təkzib edirlər.
        ABŞ təmsilçiləri palatasının məhkəmə komitəsi 2019-cu ildən rəqəmsal ticarət platformalarındakı rəqabətin vəziyyəti ilə bağlı istintaq aparır. Bu istintaq çərçivəsində Amazon şirkətinin kənar satıcıların məlumatlarından öz platformasında necə istifadə etdiyi və şirkətin ədalətsiz şəkildə fərdi məhsullara üstünlük verib-vermədiyi araşdırılır. Keçən il Jeff Bezos ABŞ təmsilçiləri palatasının antimonopoliya komitəsi qarşısında şahidlik edən zaman bildirmişdi ki, şirkət öz əməkdaşlarına individual satıcıların məlumatlarından istifadə etməyi qadağan edir. Onun sözlərinə əsasən bu onun üçün edilir ki, Amazon satışlarda öz brendlərinin üstünlüyünü əldə edə bilməsin.
    Linki kopyala