main-post-cover

    LG şirkəti bu il öz mobil biznesini sata və ya onun strukturunda dəyişikliklər edə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    20.01.2021
    Farid Pardashunas
        LG şirkəti öz mobil biznesi ilə bağlı problemin aradan qaldırılması üçün mümkün həlləri axtarır. Belə ki, şirkətin bu biznesi 2016-cı ildən 4.5 milyard dollar vəsait itirib. Nəticədə şirkət bu il mobil biznesdən ümumiyyətlə ayrıla bilər. Bu barədə The Korea Times saytı xəbər verib. Şirkətin CEO-su olan Kwon Bong-seok əməkdaşlara ünvanladığı məktubunda bu məsələ barəsində danışıb.
        “Dünyanın mobil bazarında rəqabətin daha sərt olması səbəbilə LG vacib qərar qəbul etməlidir. Şirkət bütün mümkün həll yollarını nəzərdən keçirdir. Mobil biznesin satılmasından tutmuş bu biznesin kiçildilməsinə kimi” - deyə məktubda qeyd edilib. LG təmsilçiləri məktubda bu qeydlərin edildiyini təsdiqləyiblər. Lakin onlar bildiriblər ki, hələ heç bir yekun qərar verilməyib. Verilmiş məlumata əsasən LG Electronics-in rəhbərliyi bu məsələ ilə bağlı yekun qərarı bu il verəcək.
        Ortaya çıxmış bu xəbərin fonunda şirkətin səhmlərinin qiymətləri 12.9% yüksəlib. Şirkətin investorları bunu LG-nin smartfon istehsalından ayrılacağı üzrə xəbərdarlıq kimi qəbul ediblər. Məlumata əsasən 2020-ci ildə mobil biznesdə Samsung, Xiaomi, Huawei, Apple Vivo kimi şirkətlər lider olublar. LG isə dəfələrlə öz mobil biznesini canlandırmağa cəhd göstərib. Bunun üçün o, yeni smartfonlar seriyasını istifadəyə verib və autsorsinq həcmini genişləndirib. Bu il şirkət Rollable adlı qatlana bilən smartfonu təqdim etməlidir. Heç istisna deyil ki, bu, şirkətin son smartfon modeli olacaq. Buna baxmayaraq LG çox uğurlu şəkildə elektromobillər üçün batareyaların və digər hissələrin istehsalı biznesini inkişaf etdirir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər