Reklam
Məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb

Məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb

Startup və Biznes
05.04.2022 PAYLAŞIM

    Evlərin icarəsi sahəsində fəaliyyət göstərən məşhur Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb. Sözügedən ölkələrin vətəndaşları bundan sonra Airbnb vasitəsilə heç bir xarici ölkədə ev bronlaşdıra bilməyəcəklər. Bu barədə rəsmi məlumat servisin rəsmi saytında qeyd edilib. “Airbnb servisi Rusiya və Belarusiyadakı fəaliyyətini dayandırıb. Bu isə o deməkdir ki, Rusiya və Belarusiyada evlərin bronlaşdırılması artıq mümkün deyil. Bundan əlavə olaraq sözügedən ölkələrin vətəndaşları heç bir xarici ölkədə ev bronlaşdıra bilməyəcəklər” - deyə Airbnb qeyd edib.

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sözügedən ölkələr üçün elan təqvimlərinin bronlaşdırılması da dayandırılıb. Buna görə də Airbnb vasitəsilə bu ölkələrdə xarici qonaqların qəbul edilməsi mümkün deyil. Airbnb tərəfindən təqdim edilmiş bildirişdə daha ətraflı məlumat qeyd edilməyib. Servis sadəcə olaraq qeyd edib ki, o, mövcud olan vəziyyəti yaxından izləyir və daha ətraflı məlumat daha sonra veriləcək. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məşhur Booking.com servisi də Rusiyadakı fəaliyyətini dayandırmışdı. Bu səbəblə də Rusiyada olan mehmanxanalar aktiv şəkildə Booking.com-un alternativ variantlarına qoşulmağa başladılar. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..

×