Logo
    main-post-cover

    Meta şirkəti Threads-ə reklam elanlarının yerləşdirilməsini hələ planlaşdırmır

        Axios adlı saytın Instagram-dakı mənbələri Threads ilə bağlı məlumatlar veriblər. Onların sözlərinəı əsasən Meta şirkəti bir neçə müddət bundan öncə istifadəyə verilmiş Threads adlı yeni servisə reklam elanlarının inteqrasiyasını hələ planlaşdırmır. Qeyd etmək lazımdır ki, Threads-in istifadəçi kütləsi artıq 100 miyonu keçib. Lakin Meta-nın fikrincə yeni servisin istifadəçi kütləsi hələ reklam elanlarının işə salınması üçün yetəri qədər geniş deyil. Bununla belə məlumatda qeyd edilib ki, Threads-ə kontentlərin brendləşdirilməsi ilə bağlı ənənəvi Instagram alətləri inteqrasiya ediləcək.
        Həmin alətlər Threads-də hələ olmasalar da, Instagram komandası onların tez bir zamanda müxtəlif brendlər üçün istifadəyə verilməsi üzərində çalışır. Bununla belə reklam məqsədli kontentlər hashtag-lar və ya mətn formatlı bildirişlər şəklində işarələnəcəklər. Əlavə olaraq məlumatda qeyd edilib ki, Threads-ə dövlət səviyyəsində olan resursların işarələnməsi və faktların yoxlanılması imkanı inteqrasiya ediləcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Meta şirkətinin təmsilçiləri bildirmişdilər ki, Twitter-dən fərqli olaraq Threads-də siyasi mövzulara diqqət az ayrılacaq. Axios saytının Instagram-dakı mənbələri bildiriblər ki, Threads-də kontentlərin xronoloji şəkildə deyil, alqoritmlər əsasında sıralanması bilərəkdən seçilmiş üsuldur və bu üsul yeni servis daxilində olduğu kimi qalacaq.
    Paylaş
    Bənzər xəbərlər