'Next Step Innovasiya Mərkəzi'nə qəbul üçün son 2 gün
Tech-Biznes
Startup və Biznes
e-ticaret
29.05.2018
Farid Pardashunas
"Next Step Innovasiya Mərkəzi" növbəti startupların inkubasiya xidmətlərinə qəbul prosesinin bitməsinə 2 gün qalıb.
Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Qəbul olunmuş startuplar nə əldə edəcək ?
-6 ay ofis və əlaqəli xidmətlərdən ödənişsiz istifadə ;
-Təcrübəli SUP Acceleratorunun Ekspertlərindən konsultasiya ;
- Kompüter ləvazimatkarı və digər texniki qurğular ;
- 6000 manatadək maliyyə dəstəyi
Sizdən tələb olunanlar
- Startupınız barədə olan məlumatın ətraflı və effektiv bizə çatdırılması ;
- Layihənin formalaşmış komanda tərəfindən təqdim olunması (ən azı 2 nəfər) ;
- Minimum işləyən modelin (MVP) olması.
Missiyamız:
-İnnovativ sahibkarlığı dəstəkləmək ;
-Ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək ;
-Təşəbbüskar gənclərə öz şirkətlərini qurmağa, layihələrini həyata keçirməyə dəstək vermək.
Necə müraciət etmək olar deyirsinizsə, müraciətlərinizi 31 may tarxinə kimi rashad.eyvazov@icnextstep.com ünvanına yazaraq bildirə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!