main-post-cover

    Norveçin tənzimləyici orqanı Meta-nı hər gün 100 000 dollar dəyərində cərimələməyə başlayıb

    Startup və Biznes
    18.08.2023
    Emil Nəcəfov
        Norveçin məlumatların qorunması üzrə idarəsi Meta şirkətini hər gün 100 000$ dəyərində cərimələməyə başlayıb. Səbəb isə şirkət tərəfindən istifadəçilərin konfidensiallıqlarının pozulmasıdır. Norveçin tənzimləyici orqanının qərarına əsasən şirkət hədəflənmiş reklamdan (targetlənmiş reklam) imtina etməli idi. Lakin Meta bunu təyin edilmiş müddət ərzində etmədi. Bu səbəbdən də tənzimləyici orqanın Meta şirkətinə qarşı təyin etmiş olduğu sanksiyalar 14 avqust tarixindən qüvvəyə minib.
        Norveçin qanunvericiliyinə əsasən sosial şəbəkələrdə davranışlara əsaslanmış marketinq qanunsuz hesab edilir. Belə ki, hədəflənmiş reklam siyasəti istifadəçilərin davranışlarını və maraqlarını əks etdirən məlumatların yığılaraq emal edilməsini nəzərdə tutur. Meta şirkəti Norveç ərazisində bu strategiyadan imtina etmədiyi müddətcə tənzimləyici orqan ona qarşı hər gün 100 000$ dəyərində cərimə tətbiq edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər