NVIDIA-nın süni zəka çiplərinin satışları iki dəfə artıb
Startup və Biznes
24.08.2023
Emil Nəcəfov
NVIDIA şirkəti rekord göstəricidə satışları barəsində hesabatı təqdim edib. Məlumatda qeyd edilib ki, süni zəka çiplərinə tələbatın yüksəlməsi səbəbilə şirkətin bu istiqamətdəki satışları 2 dəfə artıb. İyun ayının sonuna 3 ay qalmış şirkətin dövriyyəsi 13.5 milyard dollara yüksəlib. NVIDIA hal hazırki rüb çərçivəsində də satışlarının yüksələcəyini gözləyir və öz səhmlərinin 25 milyard dollar dəyərində olan hissəsini geri almağı planlaşdırır. Yüksək maliyyə göstəriciləri NVIDIA-nın məlumatların emalı üzrə fəaliyyət göstərən şöbəsi hesabına mümkün olub. Süni zəka çipləri də bu şöbəyə daxildir. Bu şöbənin dövriyyəsi 10.3 milyard dollar təşkil edib. Bu isə keçən ilki göstəricidən 170% yüksəkdir. NVIDIA-nın proqnozuna əsasən bu rübün sonuna kimi şirkətin gəliri 16 milyard dollara yüksələcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
Toyota Prius effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb