main-post-cover

    NVIDIA şirkətinin səhmlərinin ümumi dəyəri yüksəlib

    Startup və Biznes
    16.08.2023
    Emil Nəcəfov
        Qrafik prosessorların hazırlanması ilə məşğul olan NVIDIA şirkətinin səhmlərinin ümumi dəyəri Morgan Stanley şirkətinin analitiklərinin müsbət proqnozlarından sonra 7.1% yüksələrək bir səhm üçün 437.53$ təşkil edib. Mütəxəssislər NVIDIA səhmlərini ən yaxşı seçim adlandırıblar. Onlar həmçinin şirkətin yüksək gəlirliyini və GPU sahəsindəki yüksəlişini qeyd ediblər. Son aylar ərzində süni zəka sahəsinə diqqətin daha çox artması öz növbəsində GPU sahəsinin vacibliyini daha aydın edir.
        Morgan Stanley analitiklərinin proqnozlarına əsasən növbəti 3-4 rüb ərzində NVIDIA böyüməyə davam edəcək. Onlar həmçinin əmindirlər ki, şirkət güclü rəqabət mövqeyinə və GPU sahəsindəki innovasiyalar üçün potensiala sahibdir. Qeyd etmək lazımdır ki, NVIDIA bu ilin ən uğurlu texnoloji şirkətlərindən biri hesab edilir. Onun səhmlərinin ümumi dəyəri ilin əvvəlindən 200% yüksəlib. Onun bazar dəyəri artıq 1 trilyon dolları keçib. Bu isə onu dünyanın ən bahalı şirkətlərindən biri edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər