Oracle şirkəti TikTok servisinin alınması üzrə ByteDance ilə razılığın əldə olunduğunu təsdiqləyib
Startup və Biznes
15.09.2020
Emil Nəcəfov
Oracle şirkəti TikTok servisinin əldə olunması üçün ByteDance şirkəti ilə razılaşma əldə etdiyini təsdiqləyib. Bu barədə CNBC saytı xəbər verib. ByteDance şirkəti ABŞ-ın maliyyə nazirlyinə Oracle ilə müqavilə təklifini göndərib. Həmin müqaviləyə əsasən Oracle şirkəti ByteDance-in güvənli texnoloji partnyoru rolunda çıxış edəcək. Dünən ABŞ-ın maliyyə nazirliyi bildirdi ki, hökumət təqdim edilmiş müqaviləni 1 həftə ərzində incələməyi planlaşdırır.
Belə ki, ABŞ hökuməti əmin olmalıdır ki, amerikalı TikTok istifadəçilərinin konfidensial məlumatları təhlükəsizlik altındadır. Qeyd etmək lazımdır ki, avqust ayında ABŞ prezidenti Donald Trump, TikTok servisinin ABŞ-da bloklanması qərarını vermişdi. Servis ABŞ-da yalnız o halda fəaliyyətini davam etdirə bilər ki, hansısa yerli şirkət onu alsın. Həmin vaxtdan bəri Microsoft, Oracle və Twitter kimi şirkətlər TikTok-un qlobal biznesinin alınması üzrə ByteDance ilə danışıqlar aparırdı.
Danışıqlarda həmçinin Walmart şirkəti də iştirak edirdi. Belə ki, bu şirkət servisin müəyyən hissəsini əldə etmək istəyir. Lakin dünən məlum oldu ki, ByteDance şirkəti Microsoft-un təklifindən imtina edərək Oracle şirkətinin təklifini qəbul edib. Walmart rəsmi olaraq bildirib ki, o, ByteDance şirkətinin Oracle ilə razılaşma əldə etdiyinə baxmayaraq hələ də danışıqlarda iştirak edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!