Pandemiya problem deyil: Tesla yeni rüb rekorduna imza atıb

Pandemiya problem deyil: Tesla yeni rüb rekorduna imza atıb

Startup və Biznes
05.10.2020 PAYLAŞIM

    Koronavius pandemiyasının öz zavodlarının çalışma templərinə zərər yetirməsinə imkan verməyərək Tesla şirkəti diqqət çəkən nəticələr əldə edib. Belə ki, bu ilin üçüncü rübü üzrə şirkətin elektromobil istehsalı göstəricisi keçən ilin göstəricisini geridə qoyub. Şirkət üçüncü rüb üzrə 140.000 ədəd elektromobil istehsal edib. Bu barədə New Atlas saytı xəbər verib.

    Bir çox digər şirkətlər kimi bu ilin əvvəlində Tesla da öz zavodlarının bir hissəsini bağlamışdı. Nəticədə birinci və ikinci rübdə elektromobil istehsalı tempi aşağı düşmüşdü. Belə ki, şirkət birinci rübdə 88.400 ədəd elektromobil, ikinci rübdə isə 90.650 ədəd elektromobil istehsal etmişdi. Lakin üçüncü rübdə şirkət yenidən rekord göstərici sərgilədi. Belə ki, o, 139.300 ədəd elektromobil istehsal etdi.


    Onlardan 124.100 ədədi Model 3Model Y, 15.200 ədədi isə daha bahalı Model SModel X oldular. Beləliklə ümumi nəticə üzrə üçüncü rübün istehsalat göstəricisi ikinci rüb ilə müqayisədə 35% daha çox oldu. Sözügedən rüb hesabatı Business Insider saytının analitiklərinin proqnozlarını təsdiqləyir. Belə ki, onlar proqnoz etmişdilər ki, Tesla şirkəti digərlərindən fərqli olaraq koronavirus pandemiyasının yaratdığı böhrandan daha yaxşı şəraitdə çıxacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Geniş istifadəçi kütləsi: Apple şirkəti sentyabrda vacib statistik göstəricini ə..

Apple məhsullarının mütəxəssisi kimi fəaliyyət göstərən Neil Cybart adlı sənayə analitiki iPhone məh..


Samsung-u indiki vəziyyətə gətirmiş şəxs: Samsung rəhbəri Lee Kun-hee 78 yaşında..

Dünən Samsung şirkətinin rəhbəri Lee Kun-hee 78 yaşında vəfat edib. Bu barədə Bloomberg saytı xəbər ..


Apple ilə sıx əməkdaşlıq: Google şirkətinə qarşı olan məhkəmə ittihamının yeni t..

20 oktyabr tarixində ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırdı. Nazir..


Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya..

Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemon..


Təmiz enerjiyə keçid prosesi: 2030-cu ildən sonra neftə olan tələbat aşağı düşmə..

Beynəlxalq energetika agentliyinin analitiklərinin fikirlərinə əsasən koronavirus pandemiyası yaxın ..


Huawei şirkəti Honor brendinin bir hissəsini satmağı planlaşdırır

Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Huawei şirkəti özünün Honor brendini ..

×