Sanksiyalara baxmayaraq Huawei dünyanın ən böyük smartfon istehsalçılarından biri olub

Sanksiyalara baxmayaraq Huawei dünyanın ən böyük smartfon istehsalçılarından biri olub

Startup və Biznes
23.11.2022 PAYLAŞIM

    Statcounter adlı analitik şirkət bildirib ki, bu ayın statistikasına əsasən dünyada istifadə olunan bütün smartfonların 71.3%-i Android vasitəsilə çalışır. Ümumilikdə isə Android-in istifadəçi kütləsi 2.8 milyard insan təşkil edir. Maraqlısı ondadır ki, mövcud olan sanksiyalara baxmayaraq Huawei şirkəti dünyanın ən böyük smartfon istehsalçıları siyahısının ilk top beşliyinə daxil olub. AppBrain saytının məlumatına əsasən bu ilin noyabr ayına olan statistikaya əsasən dünyanın ən böyük Android smartfon istehsalçısı kimi Samsung şirkəti qalır.


    O bu bazarın 34.6%-nə sahibdir. Siyahının ikinci yerini Xiaomi (14.3%), üçüncü yerini OPPO (10.3%) dördüncü yerini isə Vivo (9.8%) tutur. Beşinci yerdə məhz Huawei şirkəti qərarlaşıb. O, Android smartfonlar bazarının 6.7%-nə sahibidr. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Huawei istehsal olunan smartfonların sayı məsələsində Apple şirkətini geridə qoymuşdu. 2020-ci ildə isə o bu məsələdə qısa müddətlik Samsung-u ikinci pilləyə endirmişdi.

    Lakin daha sonra ABŞ hökuməti Huawei şirkətinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Nəticədə Huawei Google servislərindən və vacib texnologiyalardan məhrum oldu. Ən əsas zərbə isə Huawei şirkətinin prosessor sahəsinə dəydi. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət artıq Kirin prosessorlarını istehsal edə bilmir. Google servislərinə və Android-ə alternativ olaraq şirkət özünün HarmonyOS əməliyyat sistemini inkişaf etdirməyə başladı.



DAHA ÇOX


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..


Özəl investisiya şirkəti BlackBerry-ni almaq qərarına gəlib

Veritas Capital adlı özəl investisiya şirkəti BlackBerry-nin alınması təklifini edib.


NVIDIA-nın süni zəka çiplərinin satışları iki dəfə artıb

NVIDIA şirkəti rekord göstəricidə satışları barəsində hesabatı təqdim edib.

×