'Seedstars Türkiyə' qalibi 'Paymes' həmyerlimizin təsisçiliyi ilə regional bazarı hədəfləyir

'Seedstars Türkiyə' qalibi 'Paymes' həmyerlimizin təsisçiliyi ilə regional bazarı hədəfləyir

07.09.2017 PAYLAŞIM

"Seedstarts Turkiyə" yarışının bu ilki qalibi olan "Paymes", gələn il baş tutacaq qlobal yarışa olduqca iddialı bir şəkildə yollanacaq. Layihənin təsisçilərindən birinin azərbaycanlı olması bizə imkan verir ki, qürurla deyək ki, gələn il "Seedstars Global"da iki azərbaycanlı təsisçi Azərbaycan və Türkiyə adına yarışacaqlar. Qeyd edək ki, bu il eyni yarışın Azərbaycan üzrə qalibi "Wakemeup" layihəsi olmuşdur. 

"Paymes" haqqında daha ətraflı məlumat əldə etmək üçün bu dəfə layihənin təsisçilərindən biri olan həmyerlimiz Həsən Cabbarovla əlaqə yaratdıq. İstifadəçilərinə mesajlaşma tətbiqləri üzərindən məhsul alışı ve satışı fürsəti verən "Paym.es", çatbot əsaslı bir e-ticarət və ödəmə sistemi olaraq fəaliyyət göstərir. Hələ ki, 2000 istifadəçi ilə beta versiyada test olunan əlavənin əsas məqsədi elektron ticarəti daha üst səviyyəyə daşımaqdır. Üzvlük və məhsul əlavə etmək xidmətlərini pulsuz olaraq təklif edən tətbiqin əsas biznes modeli hər satışdan 6%-lik kommissiya tutulması əsasında formalaşdırılıb. Avqust ayında "Messenger" platformasında fəaliyyətə başlayan layihə, daha sonra "WhatsApp", "Telegram""Turkcell BiP" platformalarına öz əlavəsini tətbiq etməyi planlayır.


Ötən aylarda Türkiyədə keçirilən "Seedstars" yarışmasının qalibi olan "Paymes" eyni zamanda bir StratersGUB XO layihəsidir. Həsən Cabbarov, Şehlem Akbulut Sabrican Zaim tərəfindən təsis edilən startapın hal-hazırda rəsmi olaraq Amerika və Türkiyə qeydiyyatı mövcuddur. 

Bazaryeri təcrübəsi çatbotlara daşınır

Bazaryeri modeli ilə satıcı ilə alıcı arasında güvənli bir körpü yaradan "Paymes", satıcının məhsulunun alıcı tərəfə tam şəkildə çatdırılması təmin olunmadan satıcıya ödənişi ödəmir. Ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz.


Yeni bir təcrübəni çatbotlara tətbiq edən startap, Türkiyə bazarından sonra əsas hədəf region olaraq Azərbaycan, İran, Rusiya, İspaniya və Çili kimi sosial mediada ticarətin yüksək olduğu regionlara açılmaq niyyətindədir.

"Paymes"in azərbaycanlı təsisçisi Həsən Cabbarov açıqlamasında Sentyabr ayının sonunadək layihəni azərbaycanlı istifadəçilərə də təqdim olunacağını qeyd edib. Eyni zamanda qeydiyyatdan keçən ilk 20 istifadəçiyə xüsusi reklam paketlərinin təqdim olunacağı vurğulanıb. Bu dəstəklərdən istifadə etmək üçün Paym.es saytına daxil olub, email ünvanınızı qeyd etmək kifayətdir. Qeyd edək ki, Türkiyədən Azərbaycana məhsul satan istifadəçilər artıq "Paymes"i istifadə etməyə başlayıblar. 

Hal hazırda "Messenger" istifadəçilərinə türkingilis dillərində təqdim olunan əlavə, ay sonunda azərbaycanrus dillərində də istifadəçilərə xidmət göstərəcək.

"Paymes" ilə yaxından tanış olmaq və test etmək üçün “www.messenger.com/t/paywithmessenger“ bir "Merhaba" yazmağınız kifayət edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..

×