Logo
    main-post-cover

    SpaceX-in bazar dəyəri 150 milyard dollara yüksələ bilər

        Elon Musk-ın sərvəti əsasən Tesla şirkətinin səhmlərinin dəyərlərinin nə dərəcədə dəyişdiklərindən asılıdır. Lakin bununla belə Musk eyni zamanda inkişaf etməkdə davam edən SpaceX şirkətinə də sahibdir. Bu aerokosmik şirkətin biznesi inkişaf etməkdə davam edir və buna görə də investorların ona etibarları getdikcə artır. Verilmiş bəzi məlumatlara əsasən SpaceX səhmlərinin şəxsi şəkildə yerləşdirilməsi prosesinin yeni mərhələsi çərçivəsində şirkətin bazar dəyəri 150 milyard dollara yüksələ bilər.
        Qeyd etmək lazımdır ki, səhmlərin şəxsi şəkildə yerləşdirilməsi prosesi onların açıq şəkildə birjaya satışa çıxarılması prosesindən fərqlənir. Belə ki, səhmlərin şəxsi şəkildə yerləşdirilməsi zamanı səhmlər daha öncədən seçilmiş investorlara və təşkilatlara satılır. Bloomberg saytının verdiyi məlumata əsasən SpaceX bu üsul ilə ümumilikdə 750 milyon dollar dəyərində səhm satmağı planlaşdırır. Beləliklə hər bir səhmin qiyməti 80$ təşkil edəcək. Bu isə öz növbəsində şirkətin bazar dəyərinin 150 milyard dollara yüksəlməsinə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, şirkət yanvar ayında eyni üsul ilə 750 milyon dollar maliyyələşdirmə əldə etmişdi və nəticədə onun bazar dəyəri 137 milyard dollara yüksəlmişdi. 
    Paylaş
    Bənzər xəbərlər