main-post-cover

    Steve Wozniak, Woz U adlı online təhsil startapını yaratdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.10.2017
    Farid Pardashunas
    “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak, Woz U adlı rəqəmsal institut startapını yaratdı.
    Wozniak-ın sözlərinə əsasən yaradılmış yeni startap, İT mütəxəssislərin hazırlanması, adi insanların, texnologiyalardan qorxmamaları və avtomatlaşdırma sistemi ilə əlaqədar olaraq onların iş yerlərinin itirilməməsi üçün xidmət göstərəcək. ABŞ-da minlərlə proqramlaşdırma kursları mövcuddur. Bununla yanaşı artıq uzun müddətdir ki, online kurslar vasitəsilə ev şəraitində İT mütəxəssisləşmə prosesini keçən tətbiqlər də mövcuddur. Buna misal olaraq Udacity adlı tətbiqi gətirmək olar.

    O, 2012-ci ildə yaradılıb və hal hazırda ondan 1.5 milyon insan istifadə edir. Lakin Steve Wozniak, rəqabətdən qorxmur. Onun Woz U adlı startapı, offline məktəblər şəbəkəsi ilə informatika üzrə online kurslar satan tətbiqləri özündə birləşdirəcək. Wozniak-ın hədəfi, kompüter elmləri və proqram təminatı üzrə mütəxəssislərin yetişdirilməsidir. Bu biliklər, avtomatlaşdırma dövründə insanları, iş yerlərindən azad olunma təhlükəsindən qorumalıdır. Sonradan bu rəqəmsal instituta böyük məlumatların analizi və kibertəhlükəsizlik kimi ixtisaslar da daxil ediləcək. Wozniak-ın sözlərinə görə onun institutundan məzun olacaq tələbələr, digər institut diplomları almış şəxslərlə İT sahədə eyni rəqabətə sahib olacaqlar. İndiyənə kimi proqramlaşdırma üzrə kurs və məktəblər bu cür nəticəyə sahib ola bilmirlər.

    Böyük İT şirkətlərdə isə bu cür tədris yerlərini bitirmiş şəxslərə ciddi yanaşılmır. Wozniak, biznesdəki əlaqələrindən istifadə edərək böyük işverənlərin sifarişlərinə əsasən adi insanlardan İT mütəxəssisləri yetişdirməyi özünə məqsəd kimi qoyub. Bununla yanaşı Woz U həmçinin gələcəyin İT sahibkarlarını da yetişdirəcək. Akselerator formatında fəaliyyət göstərək məktəb Arizonada yerləşəcək. Daha 30 offline məktəbin isə bütün ABŞ boyunca fəaliyyətə verilməsi planlaşdırılır.
    “Bizim borcumuz, təhsil aldığına görə bankdan kredit götürməyə məcbur etməmək və insanlara, işlə təmin olunacaqlarına təminat verəcək rəqəmsal bilikləri öyrətməkdir” – Wozniak bildirib.
    Lakin bu o demək deyil ki, Woz U-da təhsil almaq pulsuz başa gələcək. Vaxtı ikən Wozniak, Steve Jobs ilə birlikdə kompüterlərin pulsuz verilməsi barəsində mübahisələr aparırdı. Wozniak indinin özündə də texnologiyaların əlçatanlığının tərəfdarıdır. Buna baxmayaraq Woz U-da təhsil almaq üçün müəyyən vəsait ödəmək lazım gələcək. Qiymətin nə qədər olacağı barəsində məlumat verilməyib. Lakin institutun təmsilçisi qeyd edib ki, ödənişin miqdarı, tələbənin hansı təhsil proqramını seçəcəyindən asılı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər