main-post-cover

    Tərtibatçılar Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıblar

    Startup və Biznes
    25.07.2023
    Emil Nəcəfov
        1500-dən çox mobil tətbiq tərtibatçısı Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Onlar ümumilikdə şirkətdən 1 milyard dollar təzminat tələb edirlər. Məhkəmə iddiasının qaldırılmasına səbəb isə şirkətin App Store-dakı ödənişlərə tətbiq etdiyi komissiyalar ilə bağlı narazılıqlardır. Apple şirkətinin xidmət sahəsindən əldə etdiyi gəlirlər son illərdə sürətli templərlə yüksəlib və hal hazırda rüb üzrə 20 milyard dollara çatıb.
        Şirkətin App Store platforması da məhz xidmət sahəsinə daxil olan platformadır. Bununla belə şirkət digərləri tərəfindən App Store-dakı 15-30%-lik komissiyalar səbəbilə tənqid edilir. Qeyd etmək lazımdır ki, bu komissiyalar App Store-da reallaşdırılan hər bir ödəniş tranzaksiyası üçün təyin edilir. Bəzi ölkələrdə bu, yerli antimonopoliya orqanları tərəfindən yoxlanışların aparılmasına səbəb olub.
        Apple isə bildirib ki, App Store üzərindən fəaliyyət göstərən tərtibatçıların 85%-i komissiya ödəmir və bunun sayəsində avropalı tərtibatçılar sözügedən platforma vasitəsilə dünyanın 175 ölkəsindəki müştərilərinə çıxış əldə edirlər. Bununla belə Şərqi İngiltərə Universitetinin tərkibində fəaliyyət göstərən Rəqabət Siyasəti Mərkəzinin professoru Sean Ennis Böyük Britaniyanın 1566 nəfər tərtibatçısının adından Apellyasiya Məhkəməsində şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər