main-post-cover

    Tesla səhmdarlarından biri Elon Musk-ı 56 milyard dollardan məhrum etmək istəyir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.11.2022
    Farid Pardashunas
        Tesla şirkətinin səhmdarlarından biri olan Richard Tornetta Elon Musk-a ödənilən maaşı əhatə edən razılaşmaya xitam vermək istəyir. Görünür, Musk-ın, Twitter-in işləri ilə necə ürəkdən məşğul olduğu heç də hamının xoşuna gəlmir. Tornetta-nın fikrincə Musk Tesla-ya çox az diqqət ayırır və öz iş yerində çox az-az görünür. Səhmdar düşünür ki, Musk-ın qarşısına çox asan məqsədlər qoyulub. Onun fikrincə Musk Tesla-dakı iş yerinə az-az gəlir və buna baxmayaraq maaş alaraq öz sərvətini böyüdür.
        Tesla-nın rəhbərliyi qeyd edib ki, Musk-ın əsas tapşırığı ofisə gəlmək deyil. Onun əsas tapşırığı şirkəti böyütməkdir və bu tapşırığın öhdəsindən Musk hal hazırda olduqca yaxşı gəlir. Musk, qarşısına qoyulan 12 məqsəddən 11-nə uğurla nail olub. Nəticədə şirkət rəhbərliyi ona 56 milyard dollar dəyərində mükafatlandırma təqdim edib. Tornetta isə bu məbləği Musk-dan geri almaq istəyir. Yerinə yetirilən məqsədlərin əlavə bonusu kimi Musk həmçinin Tesla səhmlərinin 1%-ni endirimlə ala bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər