main-post-cover

    TikTok-un sahibi ABŞ-dakı məhkəmə prosesinin nizamlanması üçün təzminat ödəyəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.02.2021
    Farid Pardashunas
        TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ-dakı kollektiv məhkəmə ittihamının nizamlanması üçün 92 milyon dollar təzminat ödəməyə razılıq verib. Həmin məhkəmə ittihamına əsasən şirkət istifadəçi məlumatlarını yığır. Şirkət isə bu cür ittihamlarla razı olmasa da məhkəmədə iştirak etmək istəmir. Bu barədə Reuters saytı xəbər verib. Beləliklə şirkət 1 ildən çox müddət ərzində çəkmiş məhkəmə prosesini sülh ilə yekunlaşdırmaq qərarına gəlib. Tərəflər arasında razılıq TikTok-un kodunun daxili ekspertizasından sonra əldə edilib.
        Məhkəmə ittihamında qeyd edilmişdi ki, TikTok servisi istifadəçilərin cihazlarından fərdi məlumatları yığır. Bura həmçinin reklam targetinqi üçün nəzərdə tutulmuş biometrik məlumatlar da daxildir. ByteDance təmsilçiləri bildiriblər ki, onlar bu cür bəyanatlarla razı deyillər, lakin məhkəmə proseslərinə zaman ayırmaq əvəzinə TikTok istifadəçiləri arasında təhlükəsiz və maraqlı mühit yaratmaqda maraqlıdırlar. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında Trump administrasiyası TikTok servisinin ABŞ-da bloklanması qərarını qəbul etmişdi.
        Belə ki, ABŞ hökuməti düşünürdü ki, TikTok ölkənin milli təhlükəsizliyinə zərər yetir bilər və bundan əlavə olaraq o, amerikalı istifadəçilərin fərdi məlumatlarını Çinin dövlət orqanlarına ötürə bilər. Nəticədə ByteDance servisin ABŞ biznesini Oracle Walmart şirkətlərinə satmaq qərarına gəlmişdi. Lakin bu ay məlum oldu ki, ByteDance bu fikirdən imtina edib. Şirkət təmsilçiləri qeyd ediblər ki, Donald Trump-ın prezident vəzifəsindən getməsindən sonra biznesin ABŞ şirkətlərinə satılmasının bir mənası qalmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər