
Twitter-in Hindistan şöbəsindəki işçilərin 90%-i işdən azad edilib
Startup və Biznes
08.11.2022
Emil
Elon Musk-ın Twitter-in yeni sahibi olmasından sonra bu sosial şəbəkə daxilində işçilərin öz işlərindən azad edilmələri mövzusunda hər gün yeni xəbər ortaya çıxır. Hələ bir neçə gün bundan öncə məlum oldu ki, Twitter artıq öz işçilərinin yarısını işdən azad edib. Lakin işçilərin öz işlərindən azad edilmələri prosesi heç də yaxşı şəkildə getmir. Belə ki, bu məsələ ilə bağlı Twitter-ə qarşı artıq məhkəmə iddiası qaldırılıb və hətta sosial şəbəkə işçilərin bəzilərini geri çağırmağa başlayıb. Musk-ın Twitter ilə bağlı olan yeni strategiyasından ən böyük zərbəni sosial şəbəkənin Hindistan şöbəsi qəbul edib.
Bloomberg-in verdiyi məlumata əsasən Twitter-in Hindistan şöbəsinin işçilərinin 90%-i işdən azad edilib. 200 nəfər işçidən yalnız bəziləri öz iş yerlərini qoruyub saxlaya biliblər. Bununla belə məlumata əsasən işdən azad edilmiş şəxslərin 70%-i şirkət daxilində mühəndislik fəaliyyəti ilə məşğul olublar və şirkətin software məhsullarından cavabdeh idilər. Qeyd etmək lazımdır ki, Twitter Hindistanda siyasi müzakirələr üçün çox ciddi bir platformadır. Məsələn Hindistanın baş naziri olan Narendra Modi Twitter-də 84 milyon abunəçiyə sahibdir. Sosial şəbəkənin Hindistan şöbəsindəki işçilərin çoxunun işdən azad edilməsindən sonra şirkətin kontent moderasiyasını necə reallaşdıracağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
