Logo
    main-post-cover

    'Uber'in rəqibi Grab, 2 milyard dollar investisiya aldı

    Grab, gözlənilən investisiyanı əldə etdi.

    Uber”in Cənub-Şərqi Asiyadakı rəqibi Grab, Didi Chuxing taksi servisi və “Softbank”dan ümumilikdə 2 milyard dollar investisiya əldə edib. Məlumata əsasən bu cür investisiya raundundan sonra Grab-ın dəyərləndirilməsi 6 milyard dollar təşkil edir. Qeyd etmək lazımdır ki, bu göstərici, Grab-ın, keçən ilin Sentyabr ayında əldə etdiyi 750 milyon dollar investisiyadan sonrakı dəyərləndirmədən 2 dəfə böyükdür. “Biz, Didi və Softbank şirkətləri ilə olan strateji əməkdaşlığımızı genişləndirməkdən çox sevincliyik. Biz şadıq ki, bu 2 şirkət, bizim, Cənub-Şərqi Asiyanın gələcəyi və onun bazar imkanları haqqında müsbət fikirlərimizi bölüşürlər və Grab-ın, bazar imkanlarından yararlana biləcəyi mövzusunda onun perspektivli yer tutmasını dəstəklədiklərinə sevinirik” – deyə Grab-ın CEO-su Anthony Tan bildirib. Faktiki olaraq Didi və “Softbank”, Grab-ın, Cənub-Şərqi Asiya bazarında “Uber”ə qalib gəlmək üçün bütün imkanlarının olduğuna əmindirlər. Bu əminlik, “Uber”in, Rusiya Federasiyasındakı biznesini “Yandex”ə satmasından sonra daha da böyüdü. Qeyd etmək lazımdır ki, Grab, Cənub-Şərqi Asiyanın 7 ölkəsinin 36 şəhərində fəaliyyət göstərir və onun verdiyi məlumatlara əsasən onun platformasında 1.1 milyon sürücü var. Grab-ın xidmətləri əsasən lisenziyalaşdırılmış taksi və özəl avtomobillər vasitəsilə təqdim olunur. Lakin bundan əlavə olaraq o, motosiklet taksi və avtobus xidmətlərini də təklif edir. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...