main-post-cover

    Xiaomi Çindəki endirimli alış-verişlər zamanı 2 milyard dollardan çox gəlir əldə edib

    Startup və Biznes
    15.11.2022
    Emil Nəcəfov
        Hər il 11 noyabr tarixində Çində böyük endirimlərə sahib alış-verişlər keçirilir. Bu il də istina olmadı. Xiaomi şirkəti isə 11.11 endirimləri çərçivəsində əldə etdiyi qazanc barəsində məlumat verib. Beləliklə Xiaomi-nin CEO-su Lei Jun-un verdiyi məlumata əsasən şirkətin 11.11 endirimləri çərçivəsində satmış olduğu bütün məhsullardan əldə etdiyi gəlir 2.4 milyard dollar təşkil edib. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, endirimli alış-verişlərdə məhz Xiaomi smartfonları böyük tələbata sahib olublar. Şirkət tərəfindən təqdim edilmiş statistikaya əsasən 285$-325$ qiymət kateqoriyasına daxil olan smartfonlar arasında Redmi K50K50 Ultra modelləri lider olublar. 635$-dan yuxarı qiymət kateqoriyasına aid olan smartfonlar arasında isə ən çox satılan Xiaomi 12S Pro modeli olub. Bununla yanaşı Xiaomi Mi Pad 5 planşeti 140$-285$ kateqoriyasına daxil olan cihazlar arasında ən çox satılan məhsullardan biri olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər