main-post-cover

    Xiaomi şirkəti ABŞ hökumətini məhkəməyə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.02.2021
    Farid Pardashunas
        Yanvar ayının ortasında Donald Trump administrasiyasının öz səlahiyyətlərindən imtina etməsindən bir neçə gün öncə Xiaomi şirkəti qara siyahıya salınmışdı. Şirkət çox gözləmədən ABŞ hökumətini məhkəməyə verərək bu qərara rəsmi münasibətini bildirib. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Xiaomi-yə qarşı tətbiq edilmiş sanksiyalar amerikalı investorların bu şirkətə investisiya yatırmalarını qadağan edirlər. Mövcud olan investorlar isə öz aktivlərini bu ilin 11 noyabr tarixinə kimi şirkətdən çıxartmalıdırlar.
        Qəbul edilmiş sanksiyalar Xiaomi-ni Huawei vəziyyyətinə salmasa da şirkət bu cür qərara çox təəccüblənib. Rəsmi bəyanatda qeyd edilib ki, Xiaomi vətəndaşlar və kommersiya istifadəsi üçün məhsullar ilə xidmətlər təklif edir və o, Çinin hərbi orqanları ilə əlaqəli deyil. Bundan əlavə olaraq şirkət bildirib ki, əgər qəbul edilmiş qərarlar qüvvədə qalsa və məhdudiyyətlər davam etsə, şirkət ciddi və aradan qaldırılması qeyri mümkün zərərlər əldə edəcək. Xiaomi-nin məhkəmə iddiasında konkret adlar da çəkilib. ABŞ-ın müdafiə naziri Lloyd Austin və maliyyə naziri Janet Yellen. Qeyd etmək lazımdır ki, bu şəxslər öz vəzifələrinə ABŞ-ın yeni prezidenti Joe Biden-in andiçmə mərasimindən sonra gəliblər. Yəni, sanksiyaların qəbul edilməsindən sonra.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər