Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Xiaomi şirkəti özünün film studiyasını yaradıb

Startup və Biznes
22.06.2021 PAYLAŞIM

    Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur. Onun məhsulları arasında smartfonlar, planşetlər, məişət texnikası və ev üçün lazım olan digər kiçik əşyalar mövcuddur. İndi isə məlum olub ki, şirkət özünün film studiyasını yaradıb. Şirkətin rəsmi açıqlamasında qeyd olunub ki, yaradılmış film studiyası Xiaomi Studios adını daşıyır. Sözügedən studiya hətta Çinin Weibo adlı sosial şəbəkəsində fərdi səhifəyə də sahibdir. Xiaomi Studios adlı film studiyasının faliyyət özəllikləri barəsində məlumat verilməyib. Lakin şirkət Creator adlı proqramı istifadəyə verdiyini elan edib.


    Görünür, bu proqram smartfon kameralarının bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Başqa sözlə desək, istifadəçilər öz smartfonları vasitəsilə qısametrajlı və ya tammetrajlı videolar çəkəcəklər və daha sonra Xiaomi çəkilmiş videolar arasından ən yaxşılarını seçərək onların irəli çəkilməsində yardımçı olacaq. Açıq aşkar görünür ki, bu üsul ilə Xiaomi Apple şirkətinin yolu ilə gedir. Belə ki, Apple da qısametrajlı videoların çəkilməsində iPhone-lardan istifadə edir. İnternetdə “Shot on iPhone” tag-i ilə çoxlu sayda video tapmaq olar. Onların arasında hətta Lady Gaga-nın klipi və “3 Minutes” adlı qısametrajlı film də var.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..

×